AMB sığorta şirkətlərində yoxlamalar aparacaq

AMB sığorta şirkətlərində yoxlamalar aparacaq
# 30 dekabr 2019 14:50 (UTC +04:00)

2020-ci ildә Azərbaycanın sığorta sektorunda effektiv tәnzimlәmә vә nәzarәti tәmin etmәk, icbari vә könüllü sığorta sistemlәrinin inkişafı ilә maliyyә bazarlarının digәr seqmentlәrinin inkişafına әlavә impulslar verilmәsi Mәrkәzi Bankın vacib prioritetlәrindәn olacaq.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Bəyanatda deyilir ki, sığorta sisteminin әhatә dairәsinin genişlәndirilmәsi, sığorta yığımlarının artırılması, yeni sığorta alәtlәrinin tәtbiqi, sığorta nәzarәti sisteminin tәkmillәşdirilmәsi, sığortalıların hüquqlarının qorunması, hüquqi vә fiziki şәxslәrin könüllü sığortadan istifadәsinin tәşviqi, sığorta sistemindә neqativ halların qarşısının alınması ilә sektora etimadın artırılması kimi istiqamәtlәrdә fәaliyyәt göstәrilәcәk. Qeyd olunan istiqamәtlәrdә irәlilәyişә nail olmaq üçün sığorta fәaliyyәtinin normativ-hüquqi bazasının tәkmillәşdirilmәsi işlәri görülәcәk.

"Önümüzdәki ildә yeni institusional әsaslarda kәnd tәsәrrüfatı sığortasının inkişafı ölkәdә aqrar sektorun inkişafına mühüm dәstәk olacaq, bu sahәdә defolt risklәrinin diversifikasiyasına şәrait yaratmaqla uzunmüddәtli investisiya planlaşdırılmasına tәkan verәcәk. Nәzarәtin tәkmillәşdirilmәsi mәqsәdi ilә sığortaçıların, sığorta vasitәçilәrinin, o cümlәdәn xarici sığortaçıların vә xarici sığorta brokerlәrinin, onların Azәrbaycandakı nümayәndәliklәrinin, sığorta sahәsindә yardımçı fәaliyyәt göstәrәn hüquqi şәxslәrin reyestrinin aparılması tәmin edilәcәk. Sığorta ilә bağlı tәbliğat-tәşviqat işlәrinin davam etdirilmәsi, nәzarәt çәrçivәsindә sığortaçılarda sәyyar yoxlamaların hәyata keçirilmәsi dә planlaşdırılır", - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR