Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 20 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 20 nəfər ölüb, 21 nəfər xəsarət alıb
# 11 yanvar 2020 07:22 (UTC +04:00)

Hindistanın Uttar-Pradeş ştatında ağır yol qəzasında 20 nəfər ölüb, 21 nəfər müxtəlif yanıq xəsarətləri alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat dərc edib.

Yerli polisin məlumatına görə, hadisə Kannauj şəhərindən Jaipur istiqamətində hərəkət edən sərnişin avtobusunun tez alışan material daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib.

Zərbənin gücündən yük maşını alışıb.

Polis yanğının artıq söndürüldüyünü və təcili yardım briqadası tərəfindən xəsarət alan sərnişinlərə lazımi tibbi yardımın göstərildiyini bildirib.

Avtobusda ümumilikdə 70 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR