Rusiya Dövlət Dumasına seçkilərin vaxtı dəyişdirilib

Rusiya Dövlət Dumasına seçkilərin vaxtı dəyişdirilib
# 01 iyul 2015 12:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Dövlət Dumasına seçkilərin vaxtı dəyişdirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Federasiyası Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmə Dumaya 2016-cı ildə növbədənkənar seçkilərin keçirilməsini mümkün hesab edib.

Bununla belə, Rusiya Federasiya Şurası tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən soruğuya cavab olaraq Dövlət Dumasına 2016-cı ilin keçiriləcək seçkilərin dekabr ayından sentyabr ayına keçirildiyi bildirilib.

2016-cı il sentyabrın 3-cü bazar günü vahid seçki günü olacaq. Həmin gün həm Rusiya Dövlət Dumasına, həm də şəhər və vilayət qanunverici məclislərinə seçkilər keçiriləcək.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR