Bank Of Baku

Əlavə yerləşdirmə zamanı 261 müəllim işə qəbul olunub

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 02 fevral 2022 12:58 (UTC +04:00)

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində əlavə yerləşdirmə mərhələsi həyata keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticələrə əsasən, müvafiq vakansiyalara 261 nəfər işə qəbul olunaraq müəllim kimi fəaliyyətə başlamaq imkanı əldə edib. Cari tarixədək müəllimlərin işə qəbulu müsabiqəsi üzrə işə qəbul olunan namizəd sayı ümumilikdə 9975 nəfər olub.

Qeyd edək ki, əlavə yerləşdirmə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yerinə əsasən həyata keçirilir və tədris ili ərzində vakant yer yarandıqca davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR