Göygöldə baş verən zəncirvari qəzada xəsarət alanlardan daha 5 nəfərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, bunlar Ağstafa rayon sakinləri, 1976-cı il təvəllüdlü, Namazov Rüfət Arif, 1978-ci il təvəllüdlü Həsənov Zaur ələmdar oğlu, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Əliyeva Zahidə Qələndər qızı və onun iki azyaşlı övladıdır.
Uşaqlar Gəncə səhər 2 saylı birləşmiş uşaq xəstəxanasına yerləşdiriliblər
Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
***
22:52
Göygöldə baş verən zəncirvari qəzada xəsarət alanlardan 3 nəfərin kimliyi məlum olub.
APA-nın qərb bürosunun məlumatına görə, bunlar Ağstafa rayon sakinləri 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
***
22:22
Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes", "VAZ 2104" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.