Sergey Lebedev: "Ukrayna faktiki olaraq MDB-də fəaliyyətini dayandırıb"

Sergey Lebedev: "Ukrayna faktiki olaraq MDB-də fəaliyyətini dayandırıb"
# 11 oktyabr 2017 17:30 (UTC +04:00)

"Ukrayna əvvəlki kimi MDB xətti ilə bir sıra tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu, de-fakto passiv iştirakdır".

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

"Təəssüflər olsun ki, Ukrayna hazırda de-fakto MDB-nin bir çox orqanlarında fəaliyyətini dayandırıb. Lakin bununla belə bir sıra orqanların fəaliyyətində iştirak edir. Bir müddət əvvəl Moskvada MDB İqtisadi Şurasının iclası keçirilmişdi, orada Ukrayna nümayəndəsi iştirak edirdi. De-yure Ukrayna MDB-nin tərkibində qalır, de-fakto isə təəssüf ki, onun iştirakı çox passivdir. Bu iştirak sıfıra bərabər deyil, lakin çox passivdir", - deyə S. Lebedev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR