Azərbaycan ilk qızıl medalını qazanıb - VİDEO - FOTOSESSİYA

Azərbaycan ilk qızıl medalını qazanıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2015 15:16 (UTC +04:00)

APA-nın məlumatına görə, “Kristal Zal”da təşkil edilən ilk yarış günündə 60 kq çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə yarışıb və 4:0 qalib gəlib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR