Lavrov: “Rusiya və ABŞ Minsk razılaşması məsələsi ilə bağlı ümumi mövqeyə malikdirlər”

Lavrov: “Rusiya və ABŞ Minsk razılaşması məsələsi ilə bağlı ümumi mövqeyə malikdirlər”
# 12 aprel 2017 21:30 (UTC +04:00)

"Rusiya və ABŞ Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi ilə bağlı ümumi mövqeyə malikdirlər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Bizim vahid mövqeyimiz ondan ibarətdir ki, 2015-ci ildəki Minsk razılaşması yerinə yetirilməlidir. Biz indiki ABŞ administrasiyasının Ukrayna mövzusu ilə bağlı Mins razılaşmasının tam həcmdə həyata keçirilmə üçün praktiki reallaşdırma yollarını tapmaq üçün ikitərəfli təmasları davam etdirilməsində maraqlı olduğunu hiss etdik. Biz bu səyləri alqışlayacağıq və buna hazırıq", deyə Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR