Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Avqust - <span style="color: red;">VİDEO
# 25 avqust 2015 17:04 (UTC +04:00)

Neft, dollar, qiymətli kağızlar, devalvasiya... Bir müddətdir dünya bu anlayışların ətrafında dövr edir... Neftin qiymətinin düşməsi hasilatçı ölkələrin gəlirlərini ciddi şəkildə azaldır, dolların möhkəmlənməsi fonunda milli valyutalar devalvasiyaya uğrayır, dünyanın qiymətli kağızlar bazarında böhran yaradır... Dünya iqtisadiyyatı domino prinsipi ilə çökür... Hər kəs itirir - transmilli korporasiyalar, neft ölkələri, iri biznes... Amerika Mərkəzi Bankının sentyabrda faiz dərəcələrini artıracağı xəbərləri böhranın daha da dərinləşdirir... Hələlik bu böhrandan uduşlu tərəf görünmür, daha doğrusu, böhranın sürəti bu vəziyyətdən kimin uduşlu çıxacağı barədə düşünməyə imkan vermir... Amma kimin oyundan uduzaraq çıxacağı barədə az-çox təsəvvürlər var... Xatırlamaq pis olmazdı - böhran neftin qiymətinin ucuzlaşdırılması ilə başlayıb... Ucuzlaşma siyasətini yürüdən ABŞ idi... İran və Rusiya iqtisadiyyatını bu yolla çökdürməyə çalışan ABŞ... İqtisadi böhranın dərinləşdiyi bir dönəmdə faiz dərəcələrini artırmağa hazırlaşan da ABŞ-dır. Faiz dərəcələrinin artırılması dolların dönərliliyini daha da artıracaq və məcburən devalvasiyaya gedən ölkələrin sayı həndəsi silsilə ilə artacaq... Amerika Mərkəzi Bankının qərarı dünyanın iqtisadi stabilliyini kökündən sarsıdacaq addım olacaq... Və bunu bilə-bilə ABŞ bu addımı atmaqda qərarlı görünür... Çünki hədəf dəyişməyib... Məqsəd də... Hədəf də, məqsəd də Rusiyadır... Rusiyanı çökdürmək... Dünya iqtisadiyyatı bu səbəbdən çalxalanır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR