Azərbaycanda keçiriləcək Frankofoniya həftələrinin loqosunun hazırlanması üçün müsabiqə elan edilib

Azərbaycanda keçiriləcək Frankofoniya həftələrinin loqosunun hazırlanması üçün müsabiqə elan edilib
# 07 fevral 2018 12:29 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız İnstitutu "Frankofoniya həftələri: mənə bir loqo çək" adlı müsabiqə elan edib.


APA-nın xəbərinə görə, təşkilatçılardan biri Gervaise Mathe keçirdiyi mətbuat konfransında Frankofoniya haqqında məlumat verib.

"Frankofoniya fransızca danışan 274 milyon nəfər deməkdir. Beynəlxalq Frankofoniya Təşkilatına 84 dövlət daxildir. Onlardan 58-i üzv, 26-sı müşahidəçi statusuna malikdir", -deyə o bildirib.

G. Mathe deyib ki, Frankofoniya bayramı Azərbaycanın bölgələrində də qeyd olunacaq. Onun sözlərinə görə, bununla əlaqədar konsertlər, sərgilər və konfranslar keçiriləcək. G. Mathe bildirib ki, təşkilatçılar bununla fransız dilini və dəyərləri təbliğ etmək istəyirlər.

Qeyd edək ki, Frankofoniya Həftələri ölkəmizdə 30 mart-15 aprel tarixlərində baş tutacaq. Müsabiqə üçün tərtib olunacaq loqo üç meyara cavab verməlidir. Loqo Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalı, eyni dizayna malik olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR