Şotlandiyada müstəqillik haqqında referendum sona çatıb

Şotlandiyada müstəqillik haqqında referendum sona çatıb
# 19 sentyabr 2014 01:19 (UTC +04:00)

Bakı-APA. Şotlandiyanın müstəqilliyi haqqında referendumda səslərin hesablanmasına başlanılıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, səslərin hesablanması səhərədək davam edəcək, fərdi nəticələr Şotlandiyanın 32 bölgəsi üzrə ayrı-ayrılıqda elan olunacaq. Məlumata görə, səsvermədə 4 milyondan çox seçici iştirak edib. Nəticələr bu gen elan olunacaq.

“Exit-poll”un nəticələrinə əsasən, referendumda iştirak edən şotlandların 53 faizi Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs verib.

Şotlandiyanın müstəqilliyini isə seçicilərin 47 faizi dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR