Yevlax və Bakıda ev yanıb

Yevlax və Bakıda ev yanıb
# 03 dekabr 2014 04:34 (UTC +04:00)

Bakı-APA. Yevlax və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində yanğın üçmərtəbəli binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağında bir ədəd yataq dəsti yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR