“Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib

“Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib
# 27 noyabr 2014 09:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır.

Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR