II Bakı Beynəlxalq İdman Filmləri Festivalına həsr olunan mətbuat konfransı keçirilib - FOTOSESSİYA

II Bakı Beynəlxalq İdman Filmləri Festivalına həsr olunan mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 noyabr 2014 17:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq İdman Filmləri Festivalına həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), münsiflər heyətinin üzvi Yusif Şeyxov və digər qonaqlar və film müəllifləri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov bildirib ki, FİCTS-in üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

II Bakı festivalının ünvanına 33 ölkədən 115 film daxil olub. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb.

FİCTS sədri Askani Franko və digər qonaqlar Azərbaycanda olmaqdan məmnun olduqlarını ifadə ediblər və bildiriblər ki, festivalın keçirilməsi Azərbaycan dövlətinin kino və idman sahəsinə göstərdiyi diqqətin nəticəsidir.

Qonaqlar həmçinin bildiriblər ki, festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil olunacaq.

Mətbuat konfransından sonra festivalın təntənəli açılış mərasimi olub. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR