Xaçmazda baş verən qəzada iki nəfər xəsarət alıb - VİDEO

Xaçmazda baş verən qəzada iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 12 noyabr 2014 07:58 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 2-ci kilometrliyində qeydə alınıb. Xudat şəhər sakini, 1983-cü il təvəllüdlü Həmidov Nazim Hacıbaba oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin - 1975-ci il təvəllüdlü Seyidov Tahir Mirzəmaqamed oğlu müxtəlif dərəcəli xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR