“Nar Mobile” “Bakı Taksi”ni GSM mobil rabitə və “mi-fi”la təmin edəcək

“Nar Mobile” “Bakı Taksi”ni GSM mobil rabitə və “mi-fi”la təmin edəcək
# 10 oktyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti “Bakı Taksi” MMC ilə anlaşma memorandumu imzalayıb.

“Azerfon” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, razılaşmaya əsasən, mobil operator mövcud telekommunikasiya bazarı şəraitini, həmçinin gələcək tərəfdaşlıq perspektivlərini nəzərə alaraq, “Bakı Taksi” MMC-nin əməkdaşlarını GSM mobil rabitə xidməti, “mi-fi” mobil internet xidməti və müştərək marketinq xidməti ilə təmin edəcək. Razılaşmaya görə, müştəriyönümlü yardım təmin etməklə, “Azerfon” şirkəti “Bakı Taksi” üçün ilkin məsləhətçi, eləcə də etibarlı və strateji tərəfdaş şəklində çıxış edəcək, mobil texnologiyalara, bu sahədə innovasiya və yeniliklərə dair öz məsləhət xidmətini göstərəcək.

Azərbaycan paytaxtının yeni simvollarından birinə çevrilmiş “Bakı Taksi” ilə imzalanmış bu razılaşmadan məmnun qalan “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, şəhər sakinləri və qonaqları keyfiyyətli taksi xidməti ilə təmin edən “Bakı Taksi” MMC-nin fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə müxtəlif sahələrdəki geniş əməkdaşlığın təməlinin məhz bu gün qoyulduğunu xüsusi qeyd edib.

“Bakı Taksi” MMC-nin baş direktoru Səid Hüseynov isə öz növbəsində, qısa müddətdə inkişaf edib, abunəçilərin rəğbətini qazanmış və yerli bazarda özünəməxsus yer tutmuş “Nar Mobile” ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR