Donetsk separatçılarının liderlərindən biri avtomobilinin atəşə tutulması nəticəsində ağır yaralanıb

Donetsk separatçılarının liderlərindən biri avtomobilinin atəşə tutulması nəticəsində ağır yaralanıb
# 13 oktyabr 2014 09:13 (UTC +04:00)

APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, P. Qubarev oktyabrın 13-də gecə Rusiyanın Rostov vilayətindən qayıdarkən Ukraynanın Donetsk vilayətinin ərazisində atəşə tutulub və nəticədə sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. P. Qubarevin hazırda ağır vəziyyətdəki Rostovdakı xəstəxanaların birində olduğu bildirilir.

Xatırladaq ki, P. Qubarev bu ilin martında özünü “Donbassın xalq qubernatoru” elan edib. O, Ukrayna hüquq-mühafizə orqanları tərəfin dən saxlanılaraq bir müddət Kiyevdə həbsxanada qalıb. Lakin daha sonra separatçıların əsir götürdüyü Ukrayna zabitləri ilə dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR