Əfqanıstanda “Taliban” hərəkatının 60-dan çox döyüşçüsü öldürülüb

Əfqanıstanda “Taliban” hərəkatının 60-dan çox döyüşçüsü öldürülüb
# 18 sentyabr 2014 21:56 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda son sutka ərzində keçirilmiş əməliyyatlar nəticəsində “Taliban” hərəkatının 60-dan çox döyüşçüsü öldürülüb, daha 35 silahlı isə yaralanıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir qrup terrorçu-kamikadzenin Nanqarhar və Kunar əyalətlərindəki inzibati binalara hücumunu dəf etməyə müvəffəq olub.

Məlumata görə, öldürülən silahlılar arasında taliblərin səhra komandiri və ötən ay Əfqanıstan hakimiyyəti “Pəncabi” beynəlxalq ekstremist şəbəkəsinin üzvləri var.

Bundan başqa, Nanqarhar əyalətində aralarında ölkənin şərqində irimiqyaslı hücumların təşkilatçılarının da olduğu bir qrup silahlı həbs olunub.

Əməliyyatlar zamanı 3 hərbçi həlak olub, 5 polis əməkdaşı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR