Aqşin Mehdiyev: “Azərbaycanın işğal altındakı ərazilərində suriyalı ermənilərin yerləşdirilməsi təhlükəli prosesdir” - VİDEO

Aqşin Mehdiyev: “Azərbaycanın işğal altındakı ərazilərində suriyalı ermənilərin yerləşdirilməsi təhlükəli prosesdir” - <span style="color: red;">VİDEO
# 03 oktyabr 2013 09:13 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Ermənistan tərəfindən Azərbaycanın işğal altındakı ərazilərində erməni mənşəli suriyalı qaçqınların yerləşdirilməsi beynəlxalq humanitar hüquqa və insan haqlarına ziddir”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı sədrliyinə həsr olunan brifinqdə deyib. O bildirib ki, Suriya böhranı təkcə bu ölkənin özünə yox, digər bölgələrə və ölkələrə də təsir göstərir.

Səfir qeyd edib ki, əldə olunan məlumatlara əsasən müəyyən kateqoriyadan olan suriyalı qaçqınlar işğal altındakı torpaqlarda və münaqişənin toxunduğu digər ərazilərdə məskunlaşdırılır. Bu ərazilərin tarixi sahibləri oraları tərk etmək məcburiyyətində qalıblar: “Beynəlxalq birlik Suriyadakı böhranın həlli yollarını axtardığı bir vaxtda bu münaqişədən əziyyət çəkən insanların iztirabları digər bölgədəki münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün istifadə olunur”.

A. Mehdiyevin sözlərinə görə, Azərbaycan tərəfi bu məsələni bir sıra beynəlxalq təşkilatlarda, eləcə də münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu çərçivəsində qaldırıb: “Bu, gözlənilməz nəticələrə səbəb ola biləcək təhlükəli prosesdir. Beynəlxalq birlik Ermənistanın bu fəaliyyətinə lazımi qiymət verməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR