Gürcüstan prezidentinin inauqurasiya mərasiminə jurnalistlər buraxılmayacaq

Gürcüstan prezidentinin inauqurasiya mərasiminə jurnalistlər buraxılmayacaq
# 15 noyabr 2013 11:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstanın yeni prezidentinin Tiflisdə keçiriləcək inauqurasiya mərasimini işıqlandırmaq üçün jurnalistlərə xüsusi şərait yaradılacaq, lakin onlar mərasimin gedişində iştirak edə bilməyəcəklər”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın yeni prezidentinin mətbuat xidmətinin əməkdaşı Tina Mjavanadze deyib.

Onun sözlərinə görə, tədbir Gürcüstan parlamentinin keçmiş binasının həyətində keçiriləcək: “Mərasimə yalnız dəvət olunan qonaqlar buraxılacaq. Jurnalistlər isə xüsusi otaqda oturub inauqurasiyanın gedişini izləyəcək, lazım olan informasiyanı əldə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR