Daxili Qoşunların komandanı Şəkidə hərbi hissədə olub

Daxili Qoşunların komandanı Şəkidə hərbi hissədə olub
# 18 yanvar 2014 13:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində olub. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Səfər 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıq vəziyyətinin yoxlanılması məqsədi daşıyıb. Hərbi hissədə Ş.Məmmədov şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb, xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub.

Səfər çərçivəsində Ş.Məmmədov əsgər valideynlərini qəbul edərək onların müraciətlərini dinləyib.

Görüş zamanı əsgər valideynləri hərbi hissədə övladları üçün yaradılmış şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq bildiriblər.

Sonra əsgər valideynlərinin qaldırdığı məsələlərin yerindəcə həll olunması, həmçinin icrasının nəzarətdə saxlanılması barədə hərbi hissə komandirinə konkret göstərişlər verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR