İranda edam edilmiş məhbusu yenidən dar ağacından asacaqlar

İranda edam edilmiş məhbusu yenidən dar ağacından asacaqlar
# 16 oktyabr 2013 13:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda edam cəzası icra edilmiş məhbusu yenidən dar ağacından asacaqlar. APA-nın “Oyannews”a istinadən məlumatına görə, buna səbəb həmin şəxsin ölməməsidir.

Hadisə İranın Şimali Xorasan vilayətinin mərkəzi Bocnurd şəhərində baş verib. Belə ki, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 37 yaşlı bir məhbus Bocnurd şəhərinin həbsxanasında edam edilib. Ad və soyadı açıqlanmayan şəxs 12 dəqiqə dar ağacından asılı vəziyyətdə qalıb və həkimlər də onun ölməsini təsdiqləyiblər.

Üç il bundan əvvəl həbs edilərək ölüm cəzasına məhkum olunmuş məhbusun cəsədinin ertəsi gün dəfn olunmaq üçün ailəsinə təhvil verilməsi qərara alınıb və meyit İran Məhkəmə Tibbi Ekspertizasının morquna göndərilib. Lakin ertəsi gün meyitxananın işçilərindən biri onun nəfəs aldığını görüb, daha sonra məhbus dövlət xəstəxanalarından birinə köçürülüb. Hazırda polis nəzarəti altında olan həmin şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Ailəsinin onun həyatda olmasına sevinməsinə baxmayaraq, məhbusun vəziyyətinin daha da yaxşılaşmasından sonra ölüm hökmünün təkrar icra ediləcəyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR