Məleykə Əsədova İlhamə Quliyevadan polisə şikayət edib

Məleykə Əsədova İlhamə Quliyevadan polisə şikayət edib
# 04 mart 2013 12:26 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Azərbaycanın xalq artisti Məleykə Əsədova İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya açıq məktubunda adının hallanmasına münasibət bildirib.

M.Əsədova APA-ya açıqlamasında deyib ki, ötən il dekabrın 15-də İ.Quliyeva efirdə onu lağa qoyaraq, ünvanına təhqiramiz sözlər işlədib: “Öz aləmində məni lağa qoyub. Ondan da öncə başqa kanalda “istəmirəm mənim mahnımı Meleykə xanım oxusun” deyə fikir bildirib. Çox gözəl, istəməyə bilər, təbii bir şeydir. Amma mən bu mahnını 2001-ci ildə oxumuşam, özünün icazəsi ilə oxumuşam. Demişdi ki, qurbandır, oxu mahnını. Amma 7-8 ildir klip gedir, neçə illərdir mahnı oxunur, bilmirəm İlhamə xanımın bu mahnı indi haradan yadına düşdü. O vaxt niyə demirdin? Klip gedəndə niyə demirdin? Sən başqa proqramlarda da çıxıb məni təhqir edirsən, mən utanıram o sözləri deməyə”.

M.Əsədovanın sözlərinə görə, proqramların birində deyib ki, “İlhamə xanım, bu sözü demək istəyirsənsə, məni görürsən həyatda, telefonla danışırıq, zəng edib deyin ki, Məleykə xanım bu mahnını oxuma. Onsuz da mən bu mahnını daha oxuyan deyiləm. Əgər oxumağımı istəmirsənsə, oxumaram. Yəni onu efir vasitəsilə mənim ünvanıma təhqiredici sözlərlə, lağa qoyaraq deməyə ehtiyac yoxdur. Yetənə yetirsən, yetməyənə də bir daş atırsan. Mən aktrisayam, heç sənə demişəm ki, niyə filmə çəkilmisən? Çıxıb efirdən deyir ki, mən Nazpəri ilə Məleykəni vermişəm polisə, məni təhqir ediblər. Nə təhqir? Sən məni təhqir etmisən, mən də sənə cavab vermişəm. Mən hər zaman qalmaqaldan, dedi-qodudan uzağam, öz işimlə məşğulam. Heç kimin işinə qarışmıram. Mən buna cavab vermədikcə, üstünə qoyur. Həm suçlu, həm güclü. Üstəlik, bizi polisə verir. Mənə böhtan atdığına, şərəf və ləyaqətimə toxunduğuna görə mən də onu polisə vermişəm. Bunların hamısını məhkəmə araşdıracaq. Mənim zamanım yoxdur, bəlkə İlhamə xanımın boş vaxtı çoxdur. Oturub evində, fikri ona-buna söz atmaqdır. Bəsdir daha. Kimlərə istəyir ad verir, kimlərə istəyir titul verir. Nə qədər belə olacaq? Nə qədər susmaq olar? Hər bir insan özünə hörmət etməyi bacarmalıdır. Nə qədər olar adamı təhqir eləmək? “Mən, mən, mən” nə qədər olar? Bu nə qədər hökmranlıq edəcək? İlhamə xanım, daşıdğınız xalq artisti adına və tamaşaçılarınıza hörmət edib bu qalmaqallardan əl çəkin”.

Məleykə Əsədova “Bandotdel”ə çağırılması xəbərinə belə aydınlıq gətirib: “Çağırılmışam, amma getməmişəm. Çünki şikayət ərizəsi ilə polisə müraciət etmişəm. Bu işlərlə mənim vəkilim məşğuldur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR