Bu ilin martında Tiflisdə Gürcüstan-Rusiya biznes forumu keçiriləcək

Bu ilin martında Tiflisdə Gürcüstan-Rusiya biznes forumu keçiriləcək
# 27 yanvar 2013 01:06 (UTC +04:00)

Bakı-APA. Bu ilin mart ayında Tiflisdə son illər ərzində ilk dəfə Gürcüstan-Rusiya biznes forumu keçiriləcək. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, müvafiq razılaşma yanvarın 23-də Davosda Gürcüstanın Milli investisiya agentliyinin rəhbəri Georgi Pertaya və Rusiyanın Biznes Assosiasiyasının başçısı arasında keçirilmiş görüşdə əldə olunub.

Georgi Pertayanın açıqlamasına görə, rusiyalı sahibkarlar son illər ərzində ilk dəfədir ki Gürcüstana böyük maraq göstərirlər və bu səbəbdən bu ilin yazında onlar üçün forum təşkil etmək qərara alınıb. Tiflisdə baş tutacaq tədbirdə Rusiyanın iri şirkətlərinin nümayəndələri təmsil olunacaq. Gürcüstan Milli investisiya agentliyinin rəhbəri görüşün pozitiv nəticələr gətirəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR