Hindistanda zavodda baş vermiş yanğın 15 nəfərin ölümünə səbəb olub

Hindistanda zavodda baş vermiş yanğın 15 nəfərin ölümünə səbəb olub
# 14 iyun 2012 00:52 (UTC +04:00)
Bakı-APA. Hindistanın şərqindəki Vişakxapatnam şəhərində poladəritmə zavodunda baş vermiş güclü yanğın 15 nəfərin ölümünə səbəb olub.

Yerli agentliklərin məlumatına görə, yanğına müəssisənin sexlərindən birində baş vermiş partlayış səbəb olub. Hadisə barədə başqa məlumat yoxdur. Əraziyə yanğınsöndürənlər və həkimlər cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR