ABŞ Fars körfəzində hərbi təlimlərə başlayıb

ABŞ Fars körfəzində hərbi təlimlərə başlayıb
# 17 sentyabr 2012 12:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün ABŞ 30 ölkənin iştirakı ilə Fars körfəzində hərbi təlimlərə başlayıb. APA-nın məlumatına görə, sentyabrın 27-dək davam edəcək manevr körfəzdə mina döşənilməsi, təmizlənməsi və su altındakı partlayıcıların tapılması məqsədilə keçirilir.

ABŞ Hərbi-Dəniz Qüvvələrinə bağlı beşinci donanmanın mətbuat katibi Qreq Rilson deyib ki, “Beynəlxalq Mina Təmizləmə Manevri 2012” hər hansı bir ölkəni təhdid etmək və ya xüsusi vəziyyət yaratmaq üçün keçirilmir: “Sadəcə dünya ictimaiyyətinin strateji kanallarda ticarətin sərbəst axınını təmin etmək üçün ortaq mənfəətləri var”.

Qeyd edək ki, həbi təlimdə iştirak edən ölkələrin sayının 30 olduğu bildirilsə də, onların adları açıqlanmayıb. “Əl-Ərəbiyyə” telekanalı isə İsrailin bu manevri fürsət kimi dəyərləndirərək İranın nüvə obyektlərinə zərbə endirəcəyini iddia edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR