Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə gedib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə gedib
# 23 iyul 2012 10:11 (UTC +04:00)
Bakı. Vüqar Heydərov-APA. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib. APA-nın məlumatına görə, K. Heydərov zəlzələdən zərər çəkmiş Qax, Zaqatala və Balakənin bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb. Nazir həmçinin yerli sakinlərlə görüşərək onların problemləri ilə birbaşa yerində tanış olub.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR