Böyük Britaniya XİN: Krımda referendum ləğv olunmazsa, AB Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək

Böyük Britaniya XİN: Krımda referendum ləğv olunmazsa, AB Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək
# 14 mart 2014 02:19 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya XİN rəhbəri Uilyam Heyq bildirib.

“Gərginliyin aradan qaldırılmasına yönəlmiş cavab addımlarından biri də bu referendumun ləğv olunması və beynəlxalq danışıqların başlanmasıdır”, deyə Böyük Britaniya XİN rəhbəri bildirib.

Uilyam Heyqin sözlərinə görə, martın 16-da Krımda keçiriləcək referendum qanunsuz və qeyri legitimdir.

“Əgər bu məsələlərlə bağlı yaxın günlərdə irəliləyiş müşahidə olunmazsa, Avropanın bu böhrana cavab tədbirlərinin yeni mərhələsi başlanacaq. Bu tədbirlər səfərlərə qadağa və Rusiyadan olan müəyyən şəxslərin aktivlərinin dondurulmasını nəzərdə tutur”, deyə nazir bildirib.

“Bu məsələ martın 17-də Brüsseldə mənim iştirak edəcəyim AB ölkələrinin XİN rəhbərlərinin toplantısında müzakirə olunacaq”, deyə Uilyam Heyq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR