Azərbaycanda günəbaxan və tütün istehsalı azalıb

Azərbaycanda günəbaxan və tütün istehsalı azalıb
# 21 sentyabr 2013 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il sentyabr ayının 1-nə Azərbaycanda 1032,6 min ha dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) sahəsi (99,7%) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2748,1 min ton taxıl toplanıb, məhsuldarlıq 26,6 sentner olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək qarğıdalı sahəsinin 33,5%-nin və yaxud 13,0 min ha-nın məhsulu toplanıb və bu sahələrdən 58,8 min ton qarğıdalı yığılıb. Ötən ilin müvafiq dövrünə nisbətən qarğıdalı nəzərə alınmaqla taxıl istehsalı 132,1 min ton və ya 4,9% artaraq 2806,9 min tona çatıb, ümumi məhsuldarlıq isə 0,2 sentner artaraq 26,8 sentner olub.

Mövsüm başlanandan tarlalardan 736,3 min ton kartof, 988,5 min ton tərəvəz, 398,1 min ton bostan məhsulları, 340,4 min ton meyvə və giləmeyvə, 31,9 min ton üzüm, 399,3 ton çay yarpağı, 15,8 min ton dən üçün günəbaxan və 2,2 min ton tütün yarpağı toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 4,2%, tərəvəz istehsalı 2,1%, bostan məhsulları istehsalı 0,3%, meyvə və giləmeyvə istehsalı 2,7%, üzüm istehsalı 1,0%, çay yarpağı istehsalı 1,0% artıb, günəbaxan istehsalı 6,9%, tütün istehsalı isə 13,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR