Tiflisdə Azərbaycanda nəşr olunan “Nərgiz” jurnalının təqdimatı keçirilib

Tiflisdə Azərbaycanda nəşr olunan “Nərgiz” jurnalının təqdimatı keçirilib
# 01 mart 2014 15:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Azərbaycanda nəşr olunan “Nərgiz” jurnalının təqdimat mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, fevralın 28-də keçirilən tədbiri jurnalın təsisçisi və baş redaktoru Ülviyyə Rəhmanova açıb. O, “Nərgiz” jurnalının təqdimatının Tiflisdə keçirildiyi üçün şad olduğunu bildirib: “Mən Gürcüstanı sevirəm. Bizim mədəniyyətlərimiz oxşardır. Jurnalımızın kollektivi son nömrədə Gürcüstan haqqında məqalələr dərc edib. Biz jurnalın hazırlanmasına xeyli əmək sərf elədik və qısa zaman çərçivəsində uğur əldə etdik”.

Tədbirdə çıxış edən gürcü artisti İya Perulava isə “Nərgiz” jurnalını oxuduğunu və onun məzmunu bəyəndiyini bildirib: “Mənim üçün çox xoşdur ki, “Nərgiz” jurnalı Gürcüstandadır. Mən bu jurnalı oxudum, burada maraqlı yazılar və fotolar gördüm. Bu jurnalda qadınlar üçün maraqlı yazılar yer alıb”.

“Nərgiz” jurnalının təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın rəsmi şəxsləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR