Azərbaycanın xarici işlər naziri: “NATO Əfqanıstandakı qoşunlarını Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə çıxara bilər”

Azərbaycanın xarici işlər naziri: “NATO Əfqanıstandakı qoşunlarını Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə çıxara bilər”
# 19 fevral 2014 12:51 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Türkiyə və Gürcüstanın xarici işlər nazirləri ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO 2015-ci ildə öz qoşunlarını Əfqanıstandan çıxaracaq: “Bu proses Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə aparıla bilər. Bununla bağlı bir neçə dəfə təklif vermişik, hətta prezentasiya da keçirmişik. Bu istiqamətdə səfirimizə tapşırıq vermişik ki, məsələni NATO-nun rəhbərliyi ilə müzakirə etsin. Təklif verilib ki, bu dəmir yolundan NATO-nun qoşunlarını Əfqanıstandan çıxarmaq üçün istifadə etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR