Mixail Saakaşvili: “Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan regional neqativ qüvvələr var”

Mixail Saakaşvili: “Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan regional neqativ qüvvələr var”
# 07 may 2013 12:39 (UTC +04:00)

Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın, ümumiyyətlə postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi, hər şey bu regionda, Azərbaycanda həll olunur. Azərbaycanın stabilliyi və inkişafı bütün siyasi proseslərin sakit, dinc məcrada inkişafı göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib.

Saakaşvili bildirib ki, regionda Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan neqativ qüvvələr var: “Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqi prosesini dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər. Çünki bu proses özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyən qüvvələrin yuxusunu ərşə çəkib. Çünki, bugünkü müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan – bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə biz onu qorumalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR