Almaniyada Azərbaycan haqqında çəkilmiş sənədli film nümayiş olunub

Almaniyada Azərbaycan haqqında çəkilmiş sənədli film nümayiş olunub
# 01 avqust 2013 08:09 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Almaniyanın “TV Berlin“ telekanalında Azərbaycanda caz mədəniyyətinin ənənələrindən, o cümlədən caz musiqisinin muğamla nadir sintezindən bəhs edən “Sarı gəlin – qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam” sənədli filmi nümayiş etdirilib. APA-nın məlumatına görə, alman rejissor Klaus Bernhart tərəfindən çəkilən filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixindən bəhs edilir, musiqinin hər iki növünün görkəmli sənətkarları Alim Qasımov, Salman Qəmbərov, Rain Sultanov, Fərhad Bədəlbəyli, Isfar Sarabski ilə müsahibələr təqdim olunur.

Filmin ideya rəhbəri “Alman-Azərbaycan Forumu”nun icraçı direktorunun müavini Pərviz Yəzdaninin sözlərinə görə, film televiziyada nümayiş etdirildikdən sonra tamaşaçılardan çoxsaylı təbriklər aldıqlarını deyib.

Almaniyanın “Das apartment TV” şirkəti və Azərbaycanın “Salnamə” studiyasının birgə istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Alman-Azərbaycan Forumu“, Almaniyanın E-ON şirkəti, ARDNŞ və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR