APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, İsrail hərbçiləri Qəzza zolağının ərazisində yerləşən hərbi baza və silahlıların infrastrukturunu hədəfə aldıqlarını bildiriblər.
Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.
Bir qədər əvvəl Qəzza zolağından İsrailin cənubu istiqamətində raket zərbələrinin endirilməsi haqqında məlumat yayılıb.