Azərbaycan prezidenti Misir XİN başçısını qəbul edib - FOTO

Azərbaycan prezidenti Misir XİN başçısını qəbul edib - <span style="color: red;">FOTO
# 11 iyun 2013 15:19 (UTC +04:00)

APA-nın məlumatına görə, ölkələrin bir-birinə zəngin tarixi dəyərlərlə bağlandığını vurğulayan nazir əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, beynəlxalq əlaqələrin, regional inkişaf və digər sahələrdə fəal əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident ölkələrin güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR