Azərbaycan ərazisində sabahdan yağıntılar kəsiləcək - VİDEO

Azərbaycan ərazisində sabahdan yağıntılar kəsiləcək - <span style="color: red;">VİDEO
# 28 fevral 2014 09:32 (UTC +04:00)

Gündüz cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR