Cəlilabadda ev yanıb

Cəlilabadda ev yanıb
# 25 noyabr 2013 06:38 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda güclü yanğın baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 25-də saat 03.00 radələrində rayonun Alar kənd sakini, 1952-ci il təvəllüdlü Fəxrəddin Məzahim oğlu Seyfullayevə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, güclü alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, 320 kvadratmetrlik evin ikinci mərtəbəsində 2 otaq və aynabəndin 100 kvadratmetrlik sahəsi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR