Fərhad Məmmədov: “Azərbaycan üçün sülh və dinlərarası dialoq məsələsi çox vacibdir”

Fərhad Məmmədov: “Azərbaycan üçün sülh və dinlərarası dialoq məsələsi çox vacibdir”
# 30 may 2013 14:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Bakıda keçirilən Mədəniyyətlərarası Dialoqa dair II Ümumdünya Forumunun panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasına dini kontekstdən baxılmasından narahatdır: “İlk növbədə dövlətlərin qeyri-bərabər inkişafı dünyanın qütbləşməsinə çıxarıb. Qloballaşma prosesi hamı üçün eyni başlamayıb. Hesab edirəm ki, Qərblə İslam sivilizasiyası arasında dialoqun qurulmasında iqtisadi faktor mühüm rol oynayır”.

Fərhad Məmmədov bildirib ki, cəmiyyətdə və dində xeyirxahlıq dəyərlərinə uyğun gələn dəyərlər sistemi formalaşdırmaq zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR