Məhkumdan narkotik vasitə götürülüb

Məhkumdan narkotik vasitə götürülüb
# 12 mart 2014 11:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdan narkotik vasitə aşkar olunaraq götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Anar Lələkişi oğlu Hacıyevin əl-üz yuma otağında saxladığı çirkli paltarlarına baxış keçirilən zaman ona məxsus puloverin cibindən 1 ədəd sellofana bükülmüş xalis çəkisi 26,868 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR