Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorrada toplantı keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorrada toplantı keçirəcək
# 11 iyun 2014 16:51 (UTC +04:00)

Bakı – APA. Bu ilin sentyabrında Andorra Knyazlığında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin III Ali səviyyəli görüşü və Mərkəzin İdarə Heyətinin VII Beynəlxalq toplantısı keçiriləcək. Mərkəzdən APA-ya verilən məlumata görə, bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradovun Andorra Knyazlığının sabiq baş naziri Oskar Ribas Reyqlə görüşündə əldə olunub.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Emil Konstantinesku, Petar Stoyanov, Stepan Mesiç, Boris Tadiç və başqalarının iştirakı nəzərdə tutulub.

Görüşlər zamanı əsas müzakirə mövzusu konfliktlər, regiondakı münaqişəli məsələlər, eləcə də, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyət istiqamətləri olacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk ali səviyyəli toplantısı 2013-cü ilin sentyabrında Bakıda, ikinci görüş isə bu ilin fevralında Afinada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR