«Azercell Telekom» ötən il dövlət büdcəsinə 111 mln. manat ödəyib

«Azercell Telekom» ötən il dövlət büdcəsinə 111 mln. manat ödəyib
# 27 fevral 2014 08:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti 2013-cü il ərzində dövlət büdcəsinə təqribən 111 mln. manat həcmində vergi ödəyib. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında şirkətin prezidenti Kirill Qaburiç bildirib.


Onun sözlərinə görə, mobil rabitə operatoru ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində Azərbaycanın dövlət büdcəsinə ümumilikdə təxminən 1 mlrd. manat həcmində vəsait ödəyib.

«Ötən il Azərbaycanda telekommunikasiya sektorunun inkişafına şirkət təqribən 84,5 mln. manat, fəaliyyət göstərdiyi dövr ərzində isə ümumilikdə 1 mlrd. manat həcmində sərmayə yatırıb», - deyə K.Qaburiç vurğulayıb.

Qeyd edək ki, «Azercell Telekom» şirkəti 1996-cı ilin yanvar ayında təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR