Zakir Qaralov İsmayıllıda vətəndaşların qəbulunu keçirəcək

Zakir Qaralov İsmayıllıda vətəndaşların qəbulunu keçirəcək
# 05 fevral 2014 07:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Baş prokuror Zakir Qaralov fevralın 14-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 11:00-da başlayacaq qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR