Hüquq müdafiəçisi avtoxuliqanlıqda təqsirləndirilən müğənni və müxalifət fəalları ilə görüşüb

Hüquq müdafiəçisi avtoxuliqanlıqda təqsirləndirilən müğənni və müxalifət fəalları ilə görüşüb
# 10 may 2013 12:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov köməkçiləri - Elçin Şirinov və Bəhmən İmanovla birlikdə Bakı şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsində monitorinq keçirib.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, orada 20 nəfər saxlanılır: “Onlardan aprelin 30-da aksiya zamanı saxlanılan AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə ilə görüşdüm. Onların saçlarını qırxıblar və evdən gələn yeməyi də vermirlər. Əsas narazılıqları bu məsələlərlə bağlı oldu. Məntəqənin rəhbərliyindən mənə bildirdilər ki, təmizlik qaydalarına əməl olunması üçün saxlanılan şəxslərin başları qırxılır. Yay mövsümü olduğu üçün isə kənardan gətirilən yeməklər qəbul olunmur. Bildirdilər ki, saxlanılanlar gündə üç dəfə yeməklə təmin olunurlar”.

E. Behbudov saxlanılan şəxslərdən İ. Rüstəmzadənin şikayət etdiyini də bildirib: “Onlardan yalnız İlkin Rüstəmzadə mənə şikayət edib. Mən də həmin məsələni Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun diqqətinə çatdıracağam”.

E. Behbudov orada saxlanılan müğənni Tunar Rəhmanoğlu ilə də görüşdüyün deyib: “Tunar avtoxuliqanlıqda təqsirləndirilir. Lakin o özünü günahkar bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR