Azərbaycanda rəqəmsal teleyayıma keçidlə bağlı aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsinə dair təkliflər hazırlanıb

Azərbaycanda rəqəmsal teleyayıma keçidlə bağlı aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsinə dair təkliflər hazırlanıb
# 08 fevral 2014 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda vətəndaşlar rəqəmsal teleyayıma keçiddə maraqlıdır. Ona görə də təxminən 25-40 manat arasında olan rəqəmsal dekoderləri vətəndaşlar özləri alırlar. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bu proses sürətlə gedir: «Çünki 10 telekanal sosial proqram kimi ödənişsiz yayımlanır. Bir neçə şirkət isə kommersiya fəaliyyəti ilə 100-ə yaxın yeni kanallar efirə çıxarıb. Biz bir müddət gözləyəcəyik, sonradan yenidən analiz aparılacaq».

Nazir deyib ki, Azərbaycanda aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsi ilə bağlı təkliflər hazırlanıb: «Ola bilsin ki, belə qərar yaxın vaxtlarda qəbul olunsun. Bu onunla əlaqədardır ki, hələlik analoq teleyayımı dayandırmamışıq. Ona görə ki, ucqar yerlərdə dekodersiz kanalları izləmək mümkün olsun».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR