Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiyada mətəm elan olunub

Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiyada mətəm elan olunub
# 18 aprel 2014 07:03 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə 3 günlük mətəm elan edib. “Qabriel Qarsiya Markes ölkəmizin bütün tarixi boyunca vətənin adını ən yüksəyə qaldıran kolumbiyalı idi”, - deyə dövlət başçısı bildirib. Aprelin 21-də Mexikodakı Zərif Sənətlər Sarayında yazıçı ilə vida mərasimi keçiriləcək.

Xatırladaq ki, Nobel mükafatı laureatı Q. Q. Markes aprelin 17-də Mexikoda 87 yaşında vəfat edib. O, xəstəxanada 1 həftəlik müalicədən sonra bir neçə gün öncə evə buraxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR