Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilməyib

Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilməyib
# 23 dekabr 2013 13:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, P. Həşimli saxlanma yerinin dəyişdirilməsi və Bakı İstintaq təcridxanasına köçürülməsi barədə Səbail Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR