Malayziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-də görüş keçirib

Malayziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-də görüş keçirib
# 03 aprel 2014 11:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Malayziyanın Azərbaycanda yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Harris Bin Alvi Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Malayziya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Həmçinin Harris Bin Alvi Malayziyanın Azərbaycandakı səfirliyi və onun gələcək fəaliyyəti haqda məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR