UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatır

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatır
# 13 iyun 2014 14:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və UNİCEF arasında səmərəli əməkdaşlığı vurğulayan nazir ölkəmizdə aparılan islahatlar, uşaq hüquqlarının qorunması üzrə görülən işlər barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin keçirildiyini bildirib.

UNİCEF-in Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən M.Herevard respublikamızda aparılan islahatların, o cümlədən məhkəmə və yuvenal ədliyyə sahəsində müsbət irəliləyişlərin şahidi olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ətrafında faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR