Hacıqabul və Qaradağ rayonlarının su təchizatında fasilələr olacaq

Hacıqabul və Qaradağ rayonlarının su təchizatında fasilələr olacaq
# 03 iyun 2013 14:23 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür su kəmərləri sisteminin Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir.

«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar iyunun 4-də saat 00:00-dan başlayaraq Hacıqabul rayonunun və Qaradağ rayonunun bəzi yerlərinə içməli suyun verilməsi 30 saat müddətinə dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR