Bank Of Baku

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəisi August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanning

© APA | Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanning

# 07 oktyabr 2026 16:48 (UTC +04:00)

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

AnewZ məlumatlı mənbələrə istinadən bildirir ki, iş digər ölkələrlə bağlıdır və Hanninqin əldə etdiyi iddia olunan məxfi materiallar üçüncü tərəflərlə paylaşılmayıb.

Əksinə, onun bu materiallardan özünün istifadə edərək analitik hesabatlar hazırladığı bildirilir. Bu, ilk olaraq “Der Spiegel” tərəfindən yayılan və daha sonra digər beynəlxalq media orqanları tərəfindən dərc olunan, Azərbaycanın bu işlə əlaqələndirildiyi xəbərlərlə birbaşa ziddiyyət təşkil edir.

Oktyabrın 6-da Almaniya prokurorları Hanninqlə bağlı casusluq və dövlət sirlərinin əldə edilməsi şübhəsi ilə araşdırma aparıldığını təsdiqləyiblər. Lakin onlar işdə hansı xarici kəşfiyyat xidmətinin və ya hansı ölkənin iştirak etdiyini açıqlamayıblar.

Mənbələrin sözlərinə görə, araşdırmanı Federal Prokurorluq apardığı üçün digər Almaniya qurumları istintaq prosesinə müdaxilə edə bilməz.

Mənbələr bildirirlər ki, diqqət əslində araşdırmanın mərkəzində hansı ölkənin və kəşfiyyat xidmətinin dayandığının müəyyənləşdirilməsinə yönəlməlidir. Onlar həmçinin vurğulayırlar ki, Almaniya ictimaiyyətinin işdə adı çəkilən ölkənin kimliyini bilmək hüququ var.

Qeyd edək ki, Azərbaycan Almaniyanın “Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib. Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib. Almaniyanın “Der Spiegel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.

Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR